(Universitetdə şeirlərimlə maraqlanan bir muəllimim Qarabağ mövzusunda şeirim olub-olmadığını soruşdu.Sonra nədənsə “Qarabağ şikəstəsi”ndəki birinci bayatını bilib-bilmədiyimlə də maraqlandı.Bayatını dedim.Amma ondan ayrılan kimi,bir zamanlar Ağabəyim Ağanın dəyişdiyi kimi mən də xəyalımda o bayatının son misralarını dəyişdim.)
Məni qınamasın qoy el sevərlər,
Bal yalandan acı həqiqət yaxşı.
Nağıla çevrilib artıq Qarabağ,
Qurumaz gözümün çağlayan yaşı.
Davamı...Tarixə söykənib yatdıq arxayın,
Şirin röyalardan heç oyanmadıq.
Paslandı qınında misri qılınclar,
Boş-boş danışıqdan heç usanmadıq.
Baxış sayı:60
Aprel 27, 2008 13:24 tarixində, Məhsəti tərəfindən,
Şeirlərim bölməsində yazılib.
Şərhlər(1)
