Getmək istəyirsən
Getmək istəyirsən,
bəhanəsiz get,
Oyatma mürgülü xatirələri.
Səsin həmin səsdir, baxışın ögey,
Gedirsən səsin də yad olsun, barı.
Sən dəniz qoynuna tullanmış çiçək,
Üstünə dalğalar atılacaqdır.
Saxta məhəbbətin saxta sənəd tək,
Nə vaxtsa, üstündə tutulacaqdır.
Baxış sayı:92
May 5, 2008 12:54 tarixində, Məhsəti tərəfindən,
sevdiyim şeirlər bölməsində yazılib.
Şərhlər(2)
