Ömür qatarı
Gözümdən yuxu kimi ötdü,keçdi bir qatar
Mən necə bu qatarın varlığına inanım?
Qismətim taleyimi eyləyibdir tarimar,
Bu qatara aldanım,bu qatara aldanım?Davamı...Ürəyimi talayır,gedən qatar həsrəti,
Yandırır vücudumu onsuz keçən anlarım.
Milyonların həmdəmi, milyonların söhbəti,
Bu qatarı aldadım, bu qatara aldanım?
Baxış sayı:89
İyun 17, 2008 14:52 tarixində, Məhsəti tərəfindən,
"Dərk" ədəbi cərəyanı bölməsində yazılib.
Şərhlər(0)

