Kimi görsəm,
dərhal aşiq oluram.
Birinin gözünə,
birinin sözünə,
Birinin də
özünə vuruluram.
Bu qədər məhəbbətə
Daha tablamır ürək.
Bundan sonra sevgidə
Pəhriz saxlayam gərək.
Kimi görsəm,
dərhal aşiq oluram.
Birinin gözünə,
birinin sözünə,
Birinin də
özünə vuruluram.
Bu qədər məhəbbətə
Daha tablamır ürək.
Bundan sonra sevgidə
Pəhriz saxlayam gərək.
Çox çılğın gəlmişdim sənin yanına,
Bəs niyə sakitcə dayandın,dəniz ?!
Dərdləşmək istədim gur dalğalarla,
Sanki,məni duyub oyandın,dəniz.
Sən coşdun,mən coşdum,bir vurdu qəlblər,
Bizi duya bilməz ürəyi qəflər.
Könlümü sıxanda acı bir qəhər,
Davamı...Sən mənə ən yaxın həyandın,dəniz.
Kun-Tszı (e.ə.təqr. 551-e.ə.487) qədim Çin mütəfəkkiri, konfutsiçiliyin banisi.Gəncliyində kiçik məmur olmuş,sonra isə Çində ilk xüsusi məktəb açmışdır. ”Müsahibələr və mülahizələr” (“Lun yuy”) kitabı Konfutsinin öz şagirdləri və ardıcılları ilə müsahibələrinin yazılı qeydləridir.Konfutsinin etik-siyasi təlimində ən mühüm anlayış jendir(insanpərvərlikdir); jen yaş və rütbəcə böyüklərə ehtiram Davamı...
Ya Qarabağ ya ölüm,başqa yolu yox artıq!!!
Dünya duysun bu səsi! Bu səs Şərqin səsidir,Davamı...
Peyğəmbərin öydüyü nəcib irqin səsidir,
Bu səs Azərbaycanın, bu səs türkün səsidir.
Bu erməni qəsd etdi canımıza qəsd artıqa
Ya Qarabağ, ya ölüm, başqa yolu yox artıq !
· Anlamaza hörmət edərsən,deyər məndən qorxdu.
· Anlayana milçək sazdır,anlamaza zurna da azdır.
· Ayaqqabımın olmadığından şikayət edirdim,yolda gedərkən ayaqsız insan gördüm.(Mevlana)
· Axmaq o deyil ki,ağıllı adamın yanında ağılsız danışır.Axmaq odur ki.ağılsız adamın yanında ağıllı danışır.
· Adam sayar adam sayılan məni (Aşıq Ələsgər).
· Birin gör fikir elə,birin gör şükür elə.
· Onu bilirəm ki,heç nə bilmirəm (Sokrat)
· Danış,səni görüm (Sokrat).
Davamı...
Salam,dar ağacı!
Yolumu gözlədin hər səhər-axşam,
Salam, Dar ağacı!
Əleyküm-salam.
Əcəllə ölməyə doğulmamışam,
Salam, Dar ağacı!
Əleyküm-salam.
O hansı millətdir, taleyi sirdir?
Yüz adla bölündü, yenə də birdir!
Məni hüzuruna bu dərd gətirdi,
Salam, Dar ağacı!
Əleyküm-salam.
Deyirlər,
hansı ildə doğulsan
O ilin adına uyğun
xasiyyət olur səndə.
Mən də doğulmuşam
siçan ilində.
Hər addımımda duyulur,
həmin ilin əlaməti.
Bir bax, " siçanlıq" edib
Səndən gizlədirəm
bu məhəbbəti.
Getdin,dərdləri də özünlə apar,
Acı xatirələr nəyimə gərək?
Sanma ki,göz yaşım ümman yaradar,
Bu sevda mənimçün ötəri külək.
Davamı...Bilmirsən ki nə çəkirəm,
Bil,ey gizli məhəbbətim.
Cavab üçün tələsirəm,
Gəl,ey gizli məhəbbətim.
Bu sirrimi kimsə bilməz,
Yanan eşqim heç vaxt sönməz.
Qəlbim sevir,fəqət dinməz,
Davamı...Dil,ey gizli məhəbbətim.
"Dərk" ədəbi cərəyanı haqqında məlumat vermişdim.Bu dəfə cərəyanın sonuncu məşğələsində oxunan bəzi şeirləri dərc edirəm.
Rəşad Abbas
Yoxsuzun şeirləri
Dünyanın sonudur, mənim əvvəlim,
Əvvəlim sonluğa bitişib gəlir.
Başımdan dördəlli tutub əllərim,
Bu nədir əlimdə bitişib gəlir.
Davamı...
