Reklam verin!

kolgeGah sola,

gah da sağa keçirsən.

Gah arxada qalırsan,

gah qabağa keçirsən.

Qısalırsan,

 uzanırsan.

Davamı...
Baxış sayı:73     May 23, 2008 13:12 tarixində, Məhsəti tərəfindən, Şeirlərim bölməsində yazılib.   Şərhlər(0)

pəhrizKimi görsəm,

dərhal aşiq oluram.

Birinin gözünə,

birinin sözünə,

Birinin də

özünə vuruluram.

Bu qədər məhəbbətə

Daha tablamır ürək.

Bundan sonra sevgidə

Pəhriz saxlayam gərək.


Baxış sayı:72     May 23, 2008 13:03 tarixində, Məhsəti tərəfindən, Şeirlərim bölməsində yazılib.   Şərhlər(0)

dənizÇox çılğın gəlmişdim sənin yanına,

Bəs niyə sakitcə dayandın,dəniz ?!

Dərdləşmək istədim gur dalğalarla,

Sanki,məni duyub oyandın,dəniz.

 
Sən coşdun,mən coşdum,bir vurdu qəlblər,
Bizi duya bilməz ürəyi qəflər.
Könlümü sıxanda acı bir qəhər,
Sən mənə ən yaxın həyandın,dəniz.

Davamı...
Baxış sayı:78     May 21, 2008 10:59 tarixində, Məhsəti tərəfindən, Şeirlərim bölməsində yazılib.   Şərhlər(1)

siçanDeyirlər,

hansı ildə doğulsan

O ilin adına uyğun

           xasiyyət olur səndə.

Mən də doğulmuşam

                      siçan ilində.

Hər addımımda duyulur,

       həmin ilin əlaməti.

Bir bax, " siçanlıq" edib

Səndən gizlədirəm

            bu məhəbbəti.


Baxış sayı:70     May 14, 2008 10:22 tarixində, Məhsəti tərəfindən, Şeirlərim bölməsində yazılib.   Şərhlər(0)

Getdin,dərdləri də özünlə apar,

Acı xatirələr nəyimə gərək?

Sanma ki,göz yaşım ümman yaradar,

Bu sevda mənimçün ötəri külək.

Davamı...
Baxış sayı:85     May 14, 2008 10:14 tarixində, Məhsəti tərəfindən, Şeirlərim bölməsində yazılib.   Şərhlər(0)

Bilmirsən ki nə çəkirəm,

Bil,ey gizli məhəbbətim.

Cavab üçün tələsirəm,

Gəl,ey gizli məhəbbətim.

 Bu sirrimi kimsə bilməz,

Yanan eşqim heç vaxt sönməz.

Qəlbim sevir,fəqət dinməz,

Dil,ey gizli məhəbbətim.

Davamı...
Baxış sayı:74     May 13, 2008 9:35 tarixində, Məhsəti tərəfindən, Şeirlərim bölməsində yazılib.   Şərhlər(0)

Saçının ucun hördük də,

Səni yadlara verdik də

Hər gün oynayıb güldük də,

Utanmadıq barı,gəlin

Əfv et bizi, “Sarı gəlin.”

Davamı...
Baxış sayı:84     May 9, 2008 12:58 tarixində, Məhsəti tərəfindən, Şeirlərim bölməsində yazılib.   Şərhlər(3)

(Xocalı soyqırımının dəhşətli nəticələrini lentə köçürən Çingiz Mustafayevin kadrarxası hönkürtülərini eşidərkən) 

Kişi --    ağlamaz deyiblər.

Ağlamaq     acizlik sayılıb hər an.

Amma bilməzdim ki,

Kişinin göz yaşları

Mərdlik nişanəsi tək

Yaddaşlarda qalacaqdır                   

                                        bir zaman.

Davamı...
Baxış sayı:73     May 3, 2008 15:28 tarixində, Məhsəti tərəfindən, Şeirlərim bölməsində yazılib.   Şərhlər(3)

seirlərim                                                        (Universitetdə şeirlərimlə maraqlanan  bir muəllimim Qarabağ mövzusunda şeirim olub-olmadığını soruşdu.Sonra nədənsə “Qarabağ şikəstəsi”ndəki birinci bayatını bilib-bilmədiyimlə də maraqlandı.Bayatını dedim.Amma ondan ayrılan kimi,bir zamanlar Ağabəyim Ağanın dəyişdiyi kimi mən də xəyalımda o bayatının son misralarını dəyişdim.)  

Məni qınamasın qoy el sevərlər,
Bal yalandan acı həqiqət yaxşı.

Nağıla çevrilib artıq Qarabağ,

Qurumaz gözümün çağlayan yaşı. 

Tarixə söykənib yatdıq arxayın,

Şirin röyalardan heç oyanmadıq.

Paslandı qınında misri qılınclar,

Boş-boş danışıqdan heç usanmadıq.

 
Davamı...
Baxış sayı:60     Aprel 27, 2008 13:24 tarixində, Məhsəti tərəfindən, Şeirlərim bölməsində yazılib.   Şərhlər(1)

Dünyaya göz açan gündən

Yamsıladı o.

Əvvəl bacı-qardaşını,

Sonra dostun,yoldaşını.

Sonra kimlərinsə

             geyimini yamsıladı.

Kimlərinsə danışığını—

Sözünü, 

      deyimini yamsıladı.

Bəs etmədi

Davamı...
Baxış sayı:50     Aprel 26, 2008 9:43 tarixində, Məhsəti tərəfindən, Şeirlərim bölməsində yazılib.   Şərhlər(0)

  Yazılar cəmi: 14    Sonrakı səhifə »