Reklam verin!

qatarÖmür qatarı 

Gözümdən yuxu kimi ötdü,keçdi bir qatar

Mən necə bu qatarın varlığına inanım?

Qismətim taleyimi eyləyibdir tarimar,

Bu qatara aldanım,bu qatara aldanım? 

Ürəyimi talayır,gedən qatar həsrəti,

Yandırır vücudumu onsuz keçən anlarım.

Milyonların həmdəmi, milyonların söhbəti,

Bu qatarı aldadım, bu qatara aldanım? 

Davamı...
Baxış sayı:45     İyun 17, 2008 14:52 tarixində, Məhsəti tərəfindən, "Dərk" ədəbi cərəyanı bölməsində yazılib.   Şərhlər(0)

reşad abbasYoxsuzun şeirləri

 Məni dünənə görə üzrlü say,

Bu barədə sənə heç nə demədim.

Sən də heç nə hiss etmədin,

Mən axı, üzrlü idim.

Bütün tanrılar mənim sağlığıma içdilər,

Mən üzrlü idim!!... 

*** 

Mən bütün gələcəyi dün yaşadım,

Qurtardım.

Keçmişləri on gün bundan qabaq.

İndi isə qollarımı açıb səni yaşayıram-

Səni.

Davamı...
Baxış sayı:43     İyun 17, 2008 14:30 tarixində, Məhsəti tərəfindən, "Dərk" ədəbi cərəyanı bölməsində yazılib.   Şərhlər(0)

gündüz sevindik            Kamilliyə gedən yol

Məndən sənə yol gedir,

Bu yolu gözlərim çəkib.

Sən bu yolun nə əvvəlindəsən,

Nə sonunda.

Bu yol bəzəksiz-düzəksiz.

Elə kələ-kötürlüdür.

Bu yoldan asılmadım,bu yola qısılmadım.

Bu yol içimdən keçdi,bu yol çölümdən keçdi.

Əlimdən getdi bu yol,dilimdən getdi bu yol.

Davamı...
Baxış sayı:69     May 30, 2008 13:19 tarixində, Məhsəti tərəfindən, "Dərk" ədəbi cərəyanı bölməsində yazılib.   Şərhlər(0)

"Dərk" ədəbi cərəyanı haqqında məlumat vermişdim.Bu dəfə cərəyanın sonuncu məşğələsində oxunan bəzi şeirləri dərc edirəm.

                                                   Rəşad Abbas

                                                 Yoxsuzun şeirləri

Dünyanın sonudur, mənim əvvəlim,

Əvvəlim sonluğa bitişib gəlir.

Başımdan dördəlli tutub əllərim,

Bu nədir əlimdə bitişib gəlir.

 

Davamı...
Baxış sayı:96     May 12, 2008 10:36 tarixində, Məhsəti tərəfindən, "Dərk" ədəbi cərəyanı bölməsində yazılib.   Şərhlər(2)

"Dərk " ədəbi məclisi Ağcabədi rayonunda yaradılmış yeni məclisdir. Bu məclisin əsas məqsədi sağlam düşüncəli,sağlam əqidəli gəncləri bir yerə toplamaqdır.

Hər həftənin cümə axşamı günü saat 15-oo da başlanan məclisdə müxtəlif mövzular üzərində diskussiyalar aparılır, gənc yazarların şeirləri,hekayələri oxunur və müzakirə edilir.Bu bölməmizdə hər həftə məclisdə oxunan yazılar dərc ediləcəkdir.


Baxış sayı:53     May 2, 2008 9:29 tarixində, Məhsəti tərəfindən, "Dərk" ədəbi cərəyanı bölməsində yazılib.   Şərhlər(0)

  Yazılar cəmi: 5