Reklam verin!

gündüz sevindik            Kamilliyə gedən yol

Məndən sənə yol gedir,

Bu yolu gözlərim çəkib.

Sən bu yolun nə əvvəlindəsən,

Nə sonunda.

Bu yol bəzəksiz-düzəksiz.

Elə kələ-kötürlüdür.

Bu yoldan asılmadım,bu yola qısılmadım.

Bu yol içimdən keçdi,bu yol çölümdən keçdi.

Əlimdən getdi bu yol,dilimdən getdi bu yol.

Davamı...
Baxış sayı:69     May 30, 2008 13:19 tarixində, Məhsəti tərəfindən, "Dərk" ədəbi cərəyanı bölməsində yazılib.   Şərhlər(0)

Hər birinizi 28 May Respublika günü

münasibəti ilə təbrik edirəm.Tezlikə

bütöv,bütöv,tam bütöv

Azərbaycanda

yaşamağı arzu edirəm!!!


Baxış sayı:69     May 28, 2008 15:00 tarixində, Məhsəti tərəfindən, digər yazılarım bölməsində yazılib.   Şərhlər(0)

nüsrət kəsəmənliOğru olmaq istəyirəm!

Qoy milislər eşitməsin,
Qorxulu bir sirr deyirəm:
Çoxdandir ki, bir arzum var,
Oğru olmaq istəyirəm!...

İnsanların arasından
Əqidəsiz adamları,
Vicdanını pula satan
nadanları
Oğurlamaq ist
əyirəm

Davamı...
Baxış sayı:93     May 26, 2008 15:52 tarixində, Məhsəti tərəfindən, sevdiyim şeirlər bölməsində yazılib.   Şərhlər(1)

kolgeGah sola,

gah da sağa keçirsən.

Gah arxada qalırsan,

gah qabağa keçirsən.

Qısalırsan,

 uzanırsan.

Davamı...
Baxış sayı:73     May 23, 2008 13:12 tarixində, Məhsəti tərəfindən, Şeirlərim bölməsində yazılib.   Şərhlər(0)

pəhrizKimi görsəm,

dərhal aşiq oluram.

Birinin gözünə,

birinin sözünə,

Birinin də

özünə vuruluram.

Bu qədər məhəbbətə

Daha tablamır ürək.

Bundan sonra sevgidə

Pəhriz saxlayam gərək.


Baxış sayı:72     May 23, 2008 13:03 tarixində, Məhsəti tərəfindən, Şeirlərim bölməsində yazılib.   Şərhlər(0)

dənizÇox çılğın gəlmişdim sənin yanına,

Bəs niyə sakitcə dayandın,dəniz ?!

Dərdləşmək istədim gur dalğalarla,

Sanki,məni duyub oyandın,dəniz.

 
Sən coşdun,mən coşdum,bir vurdu qəlblər,
Bizi duya bilməz ürəyi qəflər.
Könlümü sıxanda acı bir qəhər,
Sən mənə ən yaxın həyandın,dəniz.

Davamı...
Baxış sayı:78     May 21, 2008 10:59 tarixində, Məhsəti tərəfindən, Şeirlərim bölməsində yazılib.   Şərhlər(1)

konfusiKun-Tszı (e.ə.təqr. 551-e.ə.487) qədim Çin mütəfəkkiri, konfutsiçiliyin banisi.Gəncliyində kiçik məmur olmuş,sonra isə Çində ilk xüsusi məktəb açmışdır. ”Müsahibələr və mülahizələr” (“Lun yuy”) kitabı Konfutsinin öz şagirdləri və ardıcılları ilə müsahibələrinin yazılı qeydləridir.Konfutsinin etik-siyasi təlimində ən mühüm anlayış jendir(insanpərvərlikdir); jen yaş və rütbəcə böyüklərə ehtiram Davamı...
Baxış sayı:76     May 19, 2008 9:35 tarixində, Məhsəti tərəfindən, Məşhur insanlar bölməsində yazılib.   Şərhlər(0)

ozan arif Ya Qarabağ ya ölüm,başqa yolu yox artıq!!!

Mənim könlüm ağlayar ağlayanla birlikdə,
Qarabağda qaralar bağlayanla birlikdə.
Yetmiş illik yaşını silə bilmir Qarabağ,
Azadlıq gəldi, lakin gülə bilmir Qarabağ.
Dünya duysun bu səsi! Bu səs Şərqin səsidir,
Peyğəmbərin öydüyü nəcib irqin səsidir,
Bu səs Azərbaycanın, bu səs türkün səsidir.
Bu erməni qəsd etdi canımıza qəsd artıqa
Ya
Qarabağ, ya ölüm, başqa yolu yox artıq !
Davamı...
Baxış sayı:75     May 17, 2008 13:50 tarixində, Məhsəti tərəfindən, sevdiyim şeirlər bölməsində yazılib.   Şərhlər(0)

·     Anlamaza hörmət edərsən,deyər məndən qorxdu.

·     Anlayana milçək sazdır,anlamaza zurna da azdır.

·     Ayaqqabımın olmadığından şikayət edirdim,yolda gedərkən ayaqsız insan gördüm.(Mevlana)

·     Axmaq o deyil ki,ağıllı adamın yanında ağılsız danışır.Axmaq odur ki.ağılsız adamın yanında ağıllı danışır.

·     Adam sayar adam sayılan məni (Aşıq Ələsgər).

·     Birin gör fikir elə,birin gör şükür elə.

·     Onu bilirəm ki,heç nə bilmirəm (Sokrat)

·     Danış,səni görüm (Sokrat).

Davamı...
Baxış sayı:96     May 17, 2008 10:18 tarixində, Məhsəti tərəfindən, aforizmlər bölməsində yazılib.   Şərhlər(4)

rüstəm behrudiSalam,dar ağacı!

Yolumu gözlədin hər  səhər-axşam,
Salam, Dar ağacı!
Əleyküm-salam.
Əcəllə ölməyə doğulmamışam,
Salam, Dar ağacı!
Əleyküm-salam.

O hansı millətdir, taleyi sirdir?
Yüz adla bölündü, yenə də birdir!
Məni hüzuruna bu dərd gətirdi,
Salam, Dar ağacı!
Əleyküm-salam.

Davamı...
Baxış sayı:106     May 14, 2008 11:26 tarixində, Məhsəti tərəfindən, Bölməsiz bölməsində yazılib.   Şərhlər(5)

  Yazılar cəmi: 25    Sonrakı səhifə »