Reklam verin!

rəşad məcid

 MƏN ƏLİNİ BURAXMAZDIM.

Yadımdadı o dağ döşü,o bahar günü,

Yadımdadı ilk gəncliyin uşaq oyunu.

Əvvəl-əvvəl paralanıb,iki bölünüb,

Bir "bənövşə" kəlməsiylə ortaq oyunu.

 

Bir səadət işığıydı üstümə düşən,

Sol əlimdə sağ əlinin istisi vardı.

 

Davamı...
Baxış sayı:54     Aprel 28, 2008 16:37 tarixində, Məhsəti tərəfindən, sevdiyim şeirlər bölməsində yazılib.   Şərhlər(0)

seirlərim                                                        (Universitetdə şeirlərimlə maraqlanan  bir muəllimim Qarabağ mövzusunda şeirim olub-olmadığını soruşdu.Sonra nədənsə “Qarabağ şikəstəsi”ndəki birinci bayatını bilib-bilmədiyimlə də maraqlandı.Bayatını dedim.Amma ondan ayrılan kimi,bir zamanlar Ağabəyim Ağanın dəyişdiyi kimi mən də xəyalımda o bayatının son misralarını dəyişdim.)  

Məni qınamasın qoy el sevərlər,
Bal yalandan acı həqiqət yaxşı.

Nağıla çevrilib artıq Qarabağ,

Qurumaz gözümün çağlayan yaşı. 

Tarixə söykənib yatdıq arxayın,

Şirin röyalardan heç oyanmadıq.

Paslandı qınında misri qılınclar,

Boş-boş danışıqdan heç usanmadıq.

 
Davamı...
Baxış sayı:60     Aprel 27, 2008 13:24 tarixində, Məhsəti tərəfindən, Şeirlərim bölməsində yazılib.   Şərhlər(1)
      Rəvayətə görə lap qədim zamanlarda burada Ağca adlı gözəllər gözəli bir qız və Bədir adlı bir oğlan yaşayırmış.Bunlar bir-birini çox sevirlərmiş. Bir gun ağiır xəstələnən Ağca vəfat edir. Bədir də Ağcanın yoxluğuna dözmür və dünyasını dəyişir.Bədiri Ağcanın yanında dəfn edirlər.Onların qəbrləri yol qırağında olduğu üçün buradan ötüb keçənlər qəbir daşlarındakı bu adları oxuyub keçirlər: Ağca,Bədir.    Və yavaş-yavaş bu ərazi Ağcabədi adlanmağa başlayır

Davamı...
Baxış sayı:66     Aprel 26, 2008 14:40 tarixində, Məhsəti tərəfindən, Ağcabədi bölməsində yazılib.   Şərhlər(0)

Sokrat

Antik Yunan filosofu Sokrat Afinada doğulmuşdur.Atası Sefronkis daşyonan,anası Fenareta mamaça olmuşdur.

Sokrat heç bir əsəri qələmə almamışdır.Onun fikirləri şifahi yayılmışdır.

Onu gəncləri pozmaqda ittiham edərək edam ediblər.Məhkəmə zamanı Sokrat ozünü sındırmayaraq deyib:"Mən onsuz da o dünyaya gedəsiydim,siz sadəcə bunu tezləşdirdiniz"

 

Davamı...
Baxış sayı:52     Aprel 26, 2008 14:27 tarixində, Məhsəti tərəfindən, Məşhur insanlar bölməsində yazılib.   Şərhlər(0)

Dünyaya göz açan gündən

Yamsıladı o.

Əvvəl bacı-qardaşını,

Sonra dostun,yoldaşını.

Sonra kimlərinsə

             geyimini yamsıladı.

Kimlərinsə danışığını—

Sözünü, 

      deyimini yamsıladı.

Bəs etmədi

Davamı...
Baxış sayı:50     Aprel 26, 2008 9:43 tarixində, Məhsəti tərəfindən, Şeirlərim bölməsində yazılib.   Şərhlər(0)

Bir planetdir ürəyim

Orada sən də varsan.

Səndən qurtulmaq üçün

Çıxarıb atmaq istədim

        sinəmdəki planeti.

Qorxdum

        Günəşin üzü tutular,

Zülmətə qərq edərəm

                   bəşəriyyəti.


Baxış sayı:49     Aprel 25, 2008 12:55 tarixində, Məhsəti tərəfindən, Şeirlərim bölməsində yazılib.   Şərhlər(0)
Bu bölmədə müxtəlif şairlərin şeirləri yarləşdirilir.
Baxış sayı:44     Aprel 25, 2008 9:53 tarixində, Məhsəti tərəfindən, sevdiyim şeirlər bölməsində yazılib.   Şərhlər(0)

agcabediAğcabədi rayonu 1930-cu ildə təşkil edilmişdir.1963-cü ildə ləğv edilib Ağdam rayonuna verilmiş, 1965-ci ildə yenidən müstəqil olmuşdur.
Sahəsi:1756 kv.km
Əhalisi: 115 min nəfərdən çoxdur.
Kür-Araz ovalığının Mil və Muğan düzlərindədir.Mərkəzi Ağcabədi şəhəridir.Ağcabədi yaxınlığında eneolit,tunc,antik dövrünə və orta əsrlərə aid yaşayış yerlərinin qalıqları (Kamiltəpə,Nərgiztəpə,Qaraköbər,Yantəpə,Qalatəpə və.s) aşkar edilmişdir.Orta əsrlərə aid qəbiristanda daşdan yonulmuş qoyun formalı başdaşları var.

Davamı...
Baxış sayı:50     Aprel 25, 2008 9:42 tarixində, Məhsəti tərəfindən, Ağcabədi bölməsində yazılib.   Şərhlər(0)

Bu bölməni yaratmaqda məqsədim bölgələrimiz arasında ayrıseçkilik yaratmaq deyil.Sadəcə,Azərbaycanımıza Üzeyir Hacıbəyov,Zülfi Adıgözəlov,Mütəllim Mütəllimov,Yaqub Məmmədov,Səfa Qəhrəmanov,Sahibə Əhmədova,Könül Kərimova və digər məşhur musiqiçiləri, İsi Məlikzadə, Məmməd Aranlı,Əbülfət Misiroğlu,Əhməd Elburus,Ənvər Əhməd,Dadaş Mehdi,Rəşad Məcid,Aqil Abbas və.s şair və yazıçıları , Şamil Cəmşidi, Ağakişi Kazımovu və saydıqca qurtarmayan digər şəxsiyyətləri bəxş edən Ağcabədinin adı  hər zaman it-bata düşür, hətta bəzi vətəndaşlarımız bu rayonun mövcudluğunu belə bilmirlər.Aran Qarabağımızın bir güşəsi olan Ağcabədinin tarixi,folkloru,tanınmış şəxsiyyətləri haqqında bu bölmədə kifayət qədər məlumatlar yerləşdiriləcək. Bunun yalnız xeyri var.Vətənimizin  ən kişicik  guşələri də diqqətdən kənarda qalmamalıdır. 


Baxış sayı:43     Aprel 25, 2008 9:33 tarixində, Məhsəti tərəfindən, Ağcabədi bölməsində yazılib.   Şərhlər(0)

eşşəkSən vicdansızsan,

Sən riyakarsan,

Sən...

Eh,qəribə adamam mən də

Bunu kimə qandırıram?

Dünən

kabab iyinə gələn camaat

Gördü ki sənin

Şəklini yandırıram.


Baxış sayı:0     Aprel 23, 2008 16:13 tarixində, Məhsəti tərəfindən, Şeirlərim bölməsində yazılib.   Şərhlər(0)

  Yazılar cəmi: 12    Sonrakı səhifə »