Reklam verin!

Bütün hərbiçilərimizi ürəkdən təbrik edir və

onlarla fəxr edirəm. Bayramınız mübarək!



Bookmark and Share
Baxış sayı:65     İyun 26, 2008 14:16 tarixində, Məhsəti tərəfindən, Bölməsiz bölməsində yazılib.   Şərhlər(0)

qatarÖmür qatarı 

Gözümdən yuxu kimi ötdü,keçdi bir qatar

Mən necə bu qatarın varlığına inanım?

Qismətim taleyimi eyləyibdir tarimar,

Bu qatara aldanım,bu qatara aldanım? 

Ürəyimi talayır,gedən qatar həsrəti,

Yandırır vücudumu onsuz keçən anlarım.

Milyonların həmdəmi, milyonların söhbəti,

Bu qatarı aldadım, bu qatara aldanım? 


Bir külək kimi əsdin, bir dəniz kimi coşdun,

Ay mənim ən xoş günüm, ay mənim gözəl anım.

Bir durna tək özünü sən bu qatara qoşdun,

 Bu qatarı aldadım, bu qatara aldanım? 

Uçdun, getdin ömrümdən şirin bir xəyal kimi,

Bilmirəm ki, mən bunu necə anlayım, qanım.

Qalmısan həyatımda cavabsız sual kimi,

Bu qatarı aldadım, bu qatara aldanım? 

 Bu qar

Yaman səpələnir ömrümə ağ qar,

Bu da sonuncu yaz, sonuncu bahar,

Sən, mən deyilik ki, qardı günahkar,

Qoy yağsın, demə ki boşuna yağır,

Bu qar sevgimizin qışına yağır. 

Soyudur qəlbimin hərarətini,

Sızladır içimdə məhəbbətimi,

Yad qəlbdə dəfn edib səadətimi,

Uçuq eşq evimin daşına yağır.

Bu qar sevgimizin qışına yağır. 

Bitib, tükənibdi sevgi qüdrətim,

Hicranla barışıb acı qismətim,

Yağan qar saf eşqin, saf məhəbbətin,

Gözündə çağlayan yaşına yağır,

Bu qar sevgimizin qışına yağır.    


Bookmark and Share
Baxış sayı:89     İyun 17, 2008 14:52 tarixində, Məhsəti tərəfindən, "Dərk" ədəbi cərəyanı bölməsində yazılib.   Şərhlər(0)

reşad abbasYoxsuzun şeirləri

 Məni dünənə görə üzrlü say,

Bu barədə sənə heç nə demədim.

Sən də heç nə hiss etmədin,

Mən axı, üzrlü idim.

Bütün tanrılar mənim sağlığıma içdilər,

Mən üzrlü idim!!... 

*** 

Mən bütün gələcəyi dün yaşadım,

Qurtardım.

Keçmişləri on gün bundan qabaq.

İndi isə qollarımı açıb səni yaşayıram-

Səni.


***

 Mən kainatın bütün boşluqlarını

Öz yoxluğumla doldurdum.

Mən bütün varlıqlara üfürdüm,

Öz yoxsuz nəfəsimlə.

*** 

Mən sol tərəfimi yandırdım,

Sağımı işıqlandırdım.

Mən ayağımı yandırdım,

Başımı işıqlandırdım.

Mən hər yerimi yandırdım

Hər yanı işıqlandırdım.

Bu işıqdır, işıq...

Qorxmayın yanğımdan!!  

*** 

Uşaqlar, biz böyüdük, 

              qocaltdıq cavanları,

Uşaqlar, biz qocaldıq,  

               cavanlaşdı kainat.

Uşaqlar, biz böyüyük,   

              çox böyüyük... 


Bookmark and Share
Baxış sayı:79     İyun 17, 2008 14:30 tarixində, Məhsəti tərəfindən, "Dərk" ədəbi cərəyanı bölməsində yazılib.   Şərhlər(0)
Baxış sayı:131     İyun 6, 2008 13:38 tarixində, Məhsəti tərəfindən, Musiqi bölməsində yazılib.   Şərhlər(1)
...yağış

Bookmark and Share
Baxış sayı:123     İyun 5, 2008 11:33 tarixində, Məhsəti tərəfindən, şəkil bölməsində yazılib.   Şərhlər(2)
ağcabədi 

                                                       

    Govurarx Mil düzündə qədim suvarma kanalı olmuşdur. Mənbəyini Araz çayından götürür və Beyləqan ərazisindən keçib Ağcabədidəki Qarqar çayına qovuşur.Mənbələrdə adı Barlas kimi çəkilmişdir.Sovet hakimiyyəti illərində təmir etdirilən bu suvarma kanalı Orcankidze kanalı adlandırılmışdır.

    Govurarxın adının yaranması ilə bağlı bir neçə rəvayət mövcuddur:Deyilənlərə görə bu arxı gavurlar çəkmişlər.Gavurlar _ islam dinini qəbul etməyənlərə, kafirlərə verilən addır.

                                    ***************************

    Bir rəvayətdə  söylənir ki, bir gün gavurların şahı Şirvan şahının qızını görub ona aşiq olur. Ona elçi göndərir.Şirvan şahı qızını gavurların şahına vermək istəmir.Amma  onun güclü olduğunu görüb qızı ilə məsləhətləşir. Qiz deyir:


__ Ata, sən bir şərtlə razılıq ver ki, qoy gavurların şahı Araz çayından  bir arx çəksin, bostan əkib həmin arxın suyu ilə sulasın. Barından bir qarpız gətirib kəssin və öz əli ilə  ilə bir dilim də mənə versin.Ondan sonra ona ərə gedərəm.    Elçilər qayıdıb şərti şaha çatdırırlar. O, qızın gözəlliyi qarşısında heç nə deyə bilmir və razı olur.Böyük  çətinliklə su arxı çəkirlər. Şah öz əli ilə burada bostan əkir.Bar verəndən sonra gavur şahı  böyük bir qarpız götürüb qızın yanına gəlir.Şah qızı deyir:

__ İndi vədimizə tam əməl etməlisən.Bu qarpızı öz əlinlə kəsib bir dilimini  mənə verməlisən.   Gavur şahı tez qarpızı kəsir. Həmin an da heyrətindən yerindəcə donur. Qarpızın içindən qırmızı qan fışqırmağa başlayır.Qız deyir:__

Ey şah, gör sən necə zülmkarsansa özün becərdiyin bostanın qarpızından da qan tökülür. İndi de görüm mən sənə necə ərə gedə bilərəm?

   Gavurların şahı bir söz deməyib geri qayıdır. O vaxtdan da bu arx “Gavur arxı” adlanmağa başlayır.                                                         
Bookmark and Share
Baxış sayı:99     İyun 3, 2008 12:57 tarixində, Məhsəti tərəfindən, Ağcabədi bölməsində yazılib.   Şərhlər(0)

gündüz sevindik            Kamilliyə gedən yol

Məndən sənə yol gedir,

Bu yolu gözlərim çəkib.

Sən bu yolun nə əvvəlindəsən,

Nə sonunda.

Bu yol bəzəksiz-düzəksiz.

Elə kələ-kötürlüdür.

Bu yoldan asılmadım,bu yola qısılmadım.

Bu yol içimdən keçdi,bu yol çölümdən keçdi.

Əlimdən getdi bu yol,dilimdən getdi bu yol.


Yenə də basılmadım...

Hər gün özümdən özgə,

Bu yolla gedən olmadı, bu yolla gələn olmadı.

Sığınıb yetimliyimə,özüm kimi yetim oldu,

Bu yol elə özüm kimi narahat,çətin oldu.

Bu yolun ağ yeri yox,bu yolun bircə barmaq

Salamat, sağ yeri yox...

Bu yolda bir ölü yox,

Bu yolda bir diri yox...

Bu yol sevgimin tayıdı, elə özüməm bu yol                                            

balam kimi balamdı

Bu yol ömrüm uzunu qovuşa bilmədiyim                                      

 Kamilliyə salamdı!                                     

 Kamilliyə salamdı!  

*** 

Bir az kənara dur!

Arzulama qollarını

Boynuma dolamağa.

Çıtır-çıtır yanarsan,

Təkcə yanmağın azdır,

Elə alovlanarsan

Bir udum sevgi üçün

Allaha yalvarma belə,

Bir udum sevgimi görsən

Allahını danarsan.                                           

 Sən işığı sevmədin... 

Sən işığı sevmədin

Elə yarasa kimi

Səhəri qarğışladın,

Gündüzləri daşladın.

Sən gecəni oxşayıb—

Qaranlığı yaşadın.

Mənimsə öz yolum var

Günəşə gedən yolum—

Adıma qurban olum!

(Dərk ədəbi cərəyanı)   
Bookmark and Share
Baxış sayı:117     May 30, 2008 13:19 tarixində, Məhsəti tərəfindən, "Dərk" ədəbi cərəyanı bölməsində yazılib.   Şərhlər(0)

Hər birinizi 28 May Respublika günü

münasibəti ilə təbrik edirəm.Tezlikə

bütöv,bütöv,tam bütöv

Azərbaycanda

yaşamağı arzu edirəm!!!



Bookmark and Share
Baxış sayı:109     May 28, 2008 15:00 tarixində, Məhsəti tərəfindən, digər yazılarım bölməsində yazılib.   Şərhlər(0)

nüsrət kəsəmənliOğru olmaq istəyirəm!

Qoy milislər eşitməsin,
Qorxulu bir sirr deyirəm:
Çoxdandir ki, bir arzum var,
Oğru olmaq istəyirəm!...

İnsanların arasından
Əqidəsiz adamları,
Vicdanını pula satan
nadanları
Oğurlamaq ist
əyirəm


Bu torpağın gündən-günə
Niyə artır dərdi-səri...
Dövlətlərin arasından sərhədləri
Oğurlamaq  istəyirəm

 Axı, nə iş görmüşəm ki,
Oğurluq da işdi barı.
Mən anamın sifətinə
Vaxtsız düşmüş qırışları
Oğurlamaq  istəyirəm!

Birisini yıxmaq üçün
İkisinin ülfətini,
İnsanların ürəyindən
Hər kinini, nifrətini,
Yalanını bundan ona,
Ondan buna satanları,
İki sevən arasından
O üçüncü adamları
Oğurlamaq istəyirəm!

Araz axır...
O taydan da insan baxır,
Bu taydan da insan baxır,
Neçə milyon gözüyaşlı əzizimi,
O həsrətli Təbrizimi
Oğurlamaq istəyirəm!

 İndi neçə dövlətlərdən
Məzlumların ah-zarını,
Yad torpaqda yatıb qalan,
Əsrlərin arxasından
Qollarını çatıb qalan
Kərbəladan Füzulinin,
Hələbdənsə Nəsiminin məzarını
Oğurlamaq istəyirəm!

Nə gizlədək, bilir hamı
Tonqal qatıb yandırırlar
bu cahanı.
Qəlbim deyir:
“Bir azəri məsəlini yadina sal:
“Oğrudan-oğruya halal...”
Prometey oğurlayıb
İnsanlara verən odu
Oğurlamaq istəyirəm!

Lap qəzəbi tutsa belə
Yerin mənə, göyün mənə
Nə deyirsiz, deyin mənə
Oğru olmaq istəyirəm!!!
 


Bookmark and Share
Baxış sayı:141     May 26, 2008 15:52 tarixində, Məhsəti tərəfindən, sevdiyim şeirlər bölməsində yazılib.   Şərhlər(1)

kolgeGah sola,

gah da sağa keçirsən.

Gah arxada qalırsan,

gah qabağa keçirsən.

Qısalırsan,

 uzanırsan.


Dəyişdikcə nifrətimi

Daha çox qazanırsan.

Düşüncən yox,

şüurun yox

Sürünürsən ayağımda

Bir azacıq qürurun yox...

Sözlərimin nə xeyri var,

Yenə mənlə birgəsən.

Sənin həyatın budur

Kölgəsən ki,kölgəsən !


Bookmark and Share
Baxış sayı:122     May 23, 2008 13:12 tarixində, Məhsəti tərəfindən, Şeirlərim bölməsində yazılib.   Şərhlər(0)

pəhrizKimi görsəm,

dərhal aşiq oluram.

Birinin gözünə,

birinin sözünə,

Birinin də

özünə vuruluram.

Bu qədər məhəbbətə

Daha tablamır ürək.

Bundan sonra sevgidə

Pəhriz saxlayam gərək.



Bookmark and Share
Baxış sayı:123     May 23, 2008 13:03 tarixində, Məhsəti tərəfindən, Şeirlərim bölməsində yazılib.   Şərhlər(0)

dənizÇox çılğın gəlmişdim sənin yanına,

Bəs niyə sakitcə dayandın,dəniz ?!

Dərdləşmək istədim gur dalğalarla,

Sanki,məni duyub oyandın,dəniz.

 
Sən coşdun,mən coşdum,bir vurdu qəlblər,
Bizi duya bilməz ürəyi qəflər.
Könlümü sıxanda acı bir qəhər,
Sən mənə ən yaxın həyandın,dəniz.


Budur,yavaş-yavaş Günəş göründü,

Ətrafın işığa,nura büründü.

Sən də Günəş kimi alova döndün,

Al lalə rənginə boyandın,dəniz...

  
Nədən susdun yenə,mən neylədim ki?
Hələ sirrim çoxdu,nə söylədim ki.
Ayrılıb gedəndə hiss eylədim ki,
Duruxub arxamca boylandın,dəniz.

Bookmark and Share
Baxış sayı:126     May 21, 2008 10:59 tarixində, Məhsəti tərəfindən, Şeirlərim bölməsində yazılib.   Şərhlər(1)

konfusiKun-Tszı (e.ə.təqr. 551-e.ə.487) qədim Çin mütəfəkkiri, konfutsiçiliyin banisi.Gəncliyində kiçik məmur olmuş,sonra isə Çində ilk xüsusi məktəb açmışdır. ”Müsahibələr və mülahizələr” (“Lun yuy”) kitabı Konfutsinin öz şagirdləri və ardıcılları ilə müsahibələrinin yazılı qeydləridir.Konfutsinin etik-siyasi təlimində ən mühüm anlayış jendir(insanpərvərlikdir); jen yaş və rütbəcə böyüklərə ehtiram
və hörmət,hökmdara sədaqət və s. əsasında adamların etik və sosial münasibətlərinin məcmusudur.O,tezyuntszıları (“alicənab ərləri”) rəiyyətə-- syo jenlərə(“miskin adamlara”) qarşı qoyurdu;  Konfutsiyə görə, birincilər ikinciləri idarə etməli,onlara nümunə olmalıdırlar. Konfutsiçilik dövlət doktorinası elan olduqda (e.ə. 136) Konfutsi “10 min nəslin müəllimi” elan olunmuşdu. 
Bookmark and Share
Baxış sayı:151     May 19, 2008 9:35 tarixində, Məhsəti tərəfindən, Məşhur insanlar bölməsində yazılib.   Şərhlər(0)

ozan arif Ya Qarabağ ya ölüm,başqa yolu yox artıq!!!

Mənim könlüm ağlayar ağlayanla birlikdə,
Qarabağda qaralar bağlayanla birlikdə.
Yetmiş illik yaşını silə bilmir Qarabağ,
Azadlıq gəldi, lakin gülə bilmir Qarabağ.
Dünya duysun bu səsi! Bu səs Şərqin səsidir,
Peyğəmbərin öydüyü nəcib irqin səsidir,
Bu səs Azərbaycanın, bu səs türkün səsidir.
Bu erməni qəsd etdi canımıza qəsd artıqa
Ya
Qarabağ, ya ölüm, başqa yolu yox artıq !

Qarabağda qan var, qan, ağlayır Azərbaycan,
Qarabağda qaralar bağlayıb Azərbaycan,
Qanlar qarı əritdi, cağlayır Azərbaycan.
Vəhşət bu, vəhşət, dünya, dön bir bizə bax artıq!

Ya Qarabağ,ya ölüm,başqa yolu yox artıq!

Dünya! Yetər! Göz yumma bu insanlıq suçuna,
Bax gözünü qan tutmuş erməninin bicinə,
"Mənimdir" deyə giribdir torpağımın içinə.
Ya bu işə bir son qoy, ya aradan çıx,artıq
 Ya
Qarabağ,ya ölüm,başqa yolu yox artıq!
 Azərbaycan bir gözdür, Qarabağ da bəbəyi.
Yəni Azərbaycanın tam ortası, göbəyi.
Gözüməmi göz dikdi bu erməni köpəyi?!
Bu köpək sənin, dünya, qapımızdan çək artıq,q.
Ya
Qarabağ,ya ölüm,başqa yolu yox artıq!
Mən onsuz ermənini halından tanıyıram,
Min doqquzyüz on səkkiz ilindən tanıyıram,
Qanıma batırdığı əlindən tanıyıram,
Şərt kəsdik - o əlləri kökündən qıraq artıq.
Ya Qarabağ,ya ölüm,başqa yolu yox artıq!
Plan bu:
Qarabağa ilk öncə Muxtariyyat deyəcək,
Parlament və səsvermə, vicdansızlıq dönəcək,
Ardından da erməni Qarabağa qonacaq,
Ondan sonra erməni kök salacaq, sök artıq,
Ya Qarabağ,ya ölüm,başqa yolu yox artıq!
 
Bu dünyanı aldadır erməni lobbiləri,
Amerika və Moskva ən böyük abiləri,
Legionerlər yığır Fransa kimiləri,
Ankarada bu qədər olamaz axmaq artıq,
Ya Qarabağ,ya ölüm,başqa yolu yox artıq!
Qarabağda qapqara bir dastan yazılarkən,
O günahsız insanlar gülləyə basılarkən,
Körpələrin başları daşlarla əzilərkən,
Kimsə mənə deyəməz, dişlərini sıx artıq,
Ya Qarabağ,ya ölüm,başqa yolu yox artıq!
Gənc, ixtiyar, qadın, qız durmadan qırılmaqda,
Qolları kəsilməkdə, gözləri oyulmaqda,
Dalğa-dalğa səmaya fəryadları yayılmaqda,
Bir şəhidin məzarı bir dənədən çox artıq,
Ya Qarabağ,ya ölüm,başqa yolu yox artıq!
Hardasan, Əhli İslam?!
De, sən görmürsənmi bu zülmü, bu vəhşəti?!
Bu gün vəhdət günüdür, gerçəkləşdir vəhdəti,
"Allahu Əkbər" deyib tək yumruq ol, tək artıq!
Ya
Qarabağ,ya ölüm,başqa yolu yox artıq!
Müsəlman-Türk hər zaman vəhdətin dəstəkçisi,
Amma indi məzlum türk, çox olar köstəkçisi,
Malesef, İran belə erməni dəstəkçisi,
İslami istismara mənim qarnım tox artıq,
Ya Qarabağ,ya ölüm,başqa yolu yox artıq!
Türkün dostu Allahdır, İslama inanmışdır,
İslamda "Hübbül vətən, minnəl iman" demişdir,
Demədi demə, dünya! Mənə "Cihad" şərt artıq.
Ya Qarabağ,ya ölüm,başqa yolu yox artıq!
Budur dünya atlası, Qarabağ-türk bitmişdir,
Vaxt da qərarında bunu təsdiq etmişdir,
Erməni vətənimi rəsmən qəsbə getmişdir,
Kainatın önündə mənim alnım ağ artıq,
Ya Qarabağ,ya ölüm,başqa yolu yox artıq!
Televizyalar verir, verincə də baxılır,
O mübarək məsçidlər, mədrəsələr yıxılır,
Süfrədə boğazımdan loxmalar keçmir, qalır,
Qardaşlarım ölərkən, mənə həyat yük artıq,
Ya Qarabağ,ya ölüm,başqa yolu yox artıq!

 Erməni vampir kimi qanımızı içəcək,
Sonra bir atəşkəslə ağrımızmı keçəcək.
Bu rüzgarı əkənlər fırtınamı biçəcək?!
Ozan Arif deyir ki, yaydan çıxdı ox artıq,

Ya Qarabağ,ya ölüm,başqa yolu yox artıq!

  
Bookmark and Share
Baxış sayı:118     May 17, 2008 13:50 tarixində, Məhsəti tərəfindən, sevdiyim şeirlər bölməsində yazılib.   Şərhlər(0)

·     Anlamaza hörmət edərsən,deyər məndən qorxdu.

·     Anlayana milçək sazdır,anlamaza zurna da azdır.

·     Ayaqqabımın olmadığından şikayət edirdim,yolda gedərkən ayaqsız insan gördüm.(Mevlana)

·     Axmaq o deyil ki,ağıllı adamın yanında ağılsız danışır.Axmaq odur ki.ağılsız adamın yanında ağıllı danışır.

·     Adam sayar adam sayılan məni (Aşıq Ələsgər).

·     Birin gör fikir elə,birin gör şükür elə.

·     Onu bilirəm ki,heç nə bilmirəm (Sokrat)

·     Danış,səni görüm (Sokrat).


·     Ya sus,ya da sükutdan daha qiymətli bir şey de( Pifaqor).

·     İnsanın danışacaq qədər zəkaya malik olması nə qədər səadətdirsə,susacaq qədər ağla malik olması o qədər səadətdir(La Bruye).

·     Əsl siyasətçi qəzəblənəndə də düşünmək qabiliyyətini itirmir.(Napaleon)

·     Qoyunun başçılıq etdiyi Aslan sürüsü aslanın başçılıq etdiyi qoyun sürüsünə hər zaman məğlub olur.(Napaleon).

·     İşığı heç kəs kor qədər sevə bilməz (V.Hüqo).

·     Dil sümükdən deyil,amma sümüyü də qırar (Atalar sözü).

·     Tərbiyəsiz istedada heyf (Sədi).

·     Ən böyük məhəbbət nifrətdən yaranır (Dostoyevski).

·     Gözəllik hər cür hirsi-hikkəni yatırır (Ezop)


Bookmark and Share
Baxış sayı:152     May 17, 2008 10:18 tarixində, Məhsəti tərəfindən, aforizmlər bölməsində yazılib.   Şərhlər(4)

rüstəm behrudiSalam,dar ağacı!

Yolumu gözlədin hər  səhər-axşam,
Salam, Dar ağacı!
Əleyküm-salam.
Əcəllə ölməyə doğulmamışam,
Salam, Dar ağacı!
Əleyküm-salam.

O hansı millətdir, taleyi sirdir?
Yüz adla bölündü, yenə də birdir!
Məni hüzuruna bu dərd gətirdi,
Salam, Dar ağacı!
Əleyküm-salam.


Xəzəri, Baykalı, Aralı gördüm,
Gördüm can üstədir, yaralı gördüm.
Tanrını bəndədən aralı gördüm,
Salam, Dar ağacı!
Əleyküm salam.

Çarxı tərs fırlanır fələk qarının,
Turan kölgəsində budaqlarının.
Rəngi bayrağımda yarpaqlarının,
Salam, Dar ağacı!
Əleyküm salam.

Əvvəlin axırı, sonun əvvəli
Buymuş, bilməmişəm bunu mən dəli.
Qorxum yox! Nə olsun boyun göy dəlir?!
Salam, Dar ağacı!
Əleyküm-salam.

Danış, Əmir Teymur, bu son nəydi bə?
Boynumda ağ kəfən, dilimdə tövbə...
Dərsini tərs bilən, mənimdi tövbə!
Salam, Dar ağacı!
Əleyküm-salam!

Səni mən əkmişəm...Mənə sən qənim,
Səni suvarmağa halaldı qanım;
Yarpağın rəng alsın qanımdan mənim,
Salam, Dar ağacı!
Əleyküm-salam!

Ey darın ağacı! Kimdən kəməm, kəm?!
Ya səni yendirrəm, ya sənə yennəm.
Ya da budağında yarpağa dönnəm,
Salam, Dar ağacı!
Əleyküm-salam.

Qırğızam, özbəyəm, qazax, türkmənəm,
Başqırdam, kərkürəm, elə görk mənəm.
Sənin gözlədiyin qərib türk mənəm!
Salam, Dar ağacı!
Əleyküm-salam.

Qəbul et, növbəti qurbanın mənəm,
Mənim canım səndə, bil, canın mənəm.
Elə qürrələnmə, hər yanın mənəm,
Salam, Dar ağacı!
Əleyküm-salam.


Bookmark and Share
Baxış sayı:154     May 14, 2008 11:26 tarixində, Məhsəti tərəfindən, Bölməsiz bölməsində yazılib.   Şərhlər(5)

siçanDeyirlər,

hansı ildə doğulsan

O ilin adına uyğun

           xasiyyət olur səndə.

Mən də doğulmuşam

                      siçan ilində.

Hər addımımda duyulur,

       həmin ilin əlaməti.

Bir bax, " siçanlıq" edib

Səndən gizlədirəm

            bu məhəbbəti.



Bookmark and Share
Baxış sayı:107     May 14, 2008 10:22 tarixində, Məhsəti tərəfindən, Şeirlərim bölməsində yazılib.   Şərhlər(0)

Getdin,dərdləri də özünlə apar,

Acı xatirələr nəyimə gərək?

Sanma ki,göz yaşım ümman yaradar,

Bu sevda mənimçün ötəri külək.


Sən gəldin ömürdən keçdin yel kimi,

Neyləyim,küləyin budur adəti.

Əvvəl həzin meh tək yol tapır qəlbə,

Əsdikcə açılır əsl sifəti.

Axtama külümü,tapmayacaqsan,

Düşünmə alışdım,sonra da söndüm.

Sönmədim,yaşaram,amma biryolluq

Sənə olan eşqi məzara gömdüm.


Bookmark and Share
Baxış sayı:137     May 14, 2008 10:14 tarixində, Məhsəti tərəfindən, Şeirlərim bölməsində yazılib.   Şərhlər(0)

Bilmirsən ki nə çəkirəm,

Bil,ey gizli məhəbbətim.

Cavab üçün tələsirəm,

Gəl,ey gizli məhəbbətim.

 Bu sirrimi kimsə bilməz,

Yanan eşqim heç vaxt sönməz.

Qəlbim sevir,fəqət dinməz,

Dil,ey gizli məhəbbətim.


Oğrun-oğrun baxıb sənə,

Susacağam yenə,yenə.

İstərsən tənə et mənə,

Gül,ey gizli məhəbbətim.

Gəl ömrümə,yaz et qışı,

Sevgidə olmayaq naşı.

Gözümdə çağlayan yaşı,

Sil,ey gizli məhəbbətim.

Kim dərdimi duya bilər?

Bu könül tək səni dilər,

Qorxuram ki,bilib gülər,

El,ey gizli məhəbbətim.

Bir söz de ki,gülsün üzüm,

Qalmayıbdır canda dözüm.

Alışmaqdan oldum özüm,

Kül,ey gizli məhəbbətim.

 


Bookmark and Share
Baxış sayı:123     May 13, 2008 9:35 tarixində, Məhsəti tərəfindən, Şeirlərim bölməsində yazılib.   Şərhlər(0)

"Dərk" ədəbi cərəyanı haqqında məlumat vermişdim.Bu dəfə cərəyanın sonuncu məşğələsində oxunan bəzi şeirləri dərc edirəm.

                                                   Rəşad Abbas

                                                 Yoxsuzun şeirləri

Dünyanın sonudur, mənim əvvəlim,

Əvvəlim sonluğa bitişib gəlir.

Başımdan dördəlli tutub əllərim,

Bu nədir əlimdə bitişib gəlir.

 


Bu sevda haradan əlimə keçib,

Əlimi gizlədə bilmirəm,ey vay!

Bir dəli axşamda bir dəli seçib,

Bütün kainatı eyləyib rüsvay.

Bəs necə dırmanıb varlığım üstə?

Bu dümdüz bədənə bircə dayaqsız...

Bir izi qalındır qaşımın üstə,

O da didir məni əlsiz-ayaqsız.

Daha bu yollarda ayaq da getmir,

Başımın üstündə yeriyirəm mən.

Əkdim ayağımı dünyaya,bitmir,

Nə yaxşı başımdan göyərirəm mən.

                                ***

Başıma döyür bu yağış,

Gözlərimdən bürkü qalxır.

Bu yağış kimin baxışı,

Bu ədayla kimdir baxır?

Bu yağış necə yağışdı?

Oduma od tökür mənim.

Bu axı necə baxışdı?

Kipriyimi sökür mənim.

Yaz yağışı yağır qışda,

Yaz olmuşam mən də bu qış.

Hara qaçım bu yağışda,

İçim yağış,çölüm yağış.

Yağış yağır həzin,asta,

Dəlicə bir sükut axır.

Görərlər,yağsa bir az da,

Kimsə yerdən göyə qalxır.

                          Gündüz Sevindik

                                   Ağlama

Gileyin döndükcə göz yaşlarına,

Süzülür qəlbimə hey yağış kimi.

Az ağla, deyəsən axırda məni,

Tutacaq göz yaşın bir qarğış kimi.

Anadan ərköyün doğulmusan sən,

Tələsmə külək tək coşub-əsməyə.

Sənin ürəyindəndir sevgi oyunu,

Bəhanə gəzirsən məndən küsməyə.

Götürüb bu eşqin ağır yükünü,

Ağrılı-acılı gün olacağam.

Sən elə naz elə,küs addımbaşı,

Onsuz da günahkar mən olacağam.

                              &