Govurarx Mil düzündə qədim suvarma kanalı olmuşdur. Mənbəyini Araz çayından götürür və Beyləqan ərazisindən keçib Ağcabədidəki Qarqar çayına qovuşur.Mənbələrdə adı Barlas kimi çəkilmişdir.Sovet hakimiyyəti illərində təmir etdirilən bu suvarma kanalı Orcankidze kanalı adlandırılmışdır.
Govurarxın adının yaranması ilə bağlı bir neçə rəvayət mövcuddur:Deyilənlərə görə bu arxı gavurlar çəkmişlər.Gavurlar _ islam dinini qəbul etməyənlərə, kafirlərə verilən addır.
***************************
Bir rəvayətdə söylənir ki, bir gün gavurların şahı Şirvan şahının qızını görub ona aşiq olur. Ona elçi göndərir.Şirvan şahı qızını gavurların şahına vermək istəmir.Amma onun güclü olduğunu görüb qızı ilə məsləhətləşir. Qiz deyir:
__ Ata, sən bir şərtlə razılıq ver ki, qoy gavurların şahı Araz çayından bir arx çəksin, bostan əkib həmin arxın suyu ilə sulasın. Barından bir qarpız gətirib kəssin və öz əli ilə ilə bir dilim də mənə versin.Ondan sonra ona ərə gedərəm. Elçilər qayıdıb şərti şaha çatdırırlar. O, qızın gözəlliyi qarşısında heç nə deyə bilmir və razı olur.Böyük çətinliklə su arxı çəkirlər. Şah öz əli ilə burada bostan əkir.Bar verəndən sonra gavur şahı böyük bir qarpız götürüb qızın yanına gəlir.Şah qızı deyir:
__ İndi vədimizə tam əməl etməlisən.Bu qarpızı öz əlinlə kəsib bir dilimini mənə verməlisən. Gavur şahı tez qarpızı kəsir. Həmin an da heyrətindən yerindəcə donur. Qarpızın içindən qırmızı qan fışqırmağa başlayır.Qız deyir:__
Ey şah, gör sən necə zülmkarsansa özün becərdiyin bostanın qarpızından da qan tökülür. İndi de görüm mən sənə necə ərə gedə bilərəm?
Gavurların şahı bir söz deməyib geri qayıdır. O vaxtdan da bu arx “Gavur arxı” adlanmağa başlayır.