Reklam verin!

gündüz sevindik            Kamilliyə gedən yol

Məndən sənə yol gedir,

Bu yolu gözlərim çəkib.

Sən bu yolun nə əvvəlindəsən,

Nə sonunda.

Bu yol bəzəksiz-düzəksiz.

Elə kələ-kötürlüdür.

Bu yoldan asılmadım,bu yola qısılmadım.

Bu yol içimdən keçdi,bu yol çölümdən keçdi.

Əlimdən getdi bu yol,dilimdən getdi bu yol.


Yenə də basılmadım...

Hər gün özümdən özgə,

Bu yolla gedən olmadı, bu yolla gələn olmadı.

Sığınıb yetimliyimə,özüm kimi yetim oldu,

Bu yol elə özüm kimi narahat,çətin oldu.

Bu yolun ağ yeri yox,bu yolun bircə barmaq

Salamat, sağ yeri yox...

Bu yolda bir ölü yox,

Bu yolda bir diri yox...

Bu yol sevgimin tayıdı, elə özüməm bu yol                                            

balam kimi balamdı

Bu yol ömrüm uzunu qovuşa bilmədiyim                                      

 Kamilliyə salamdı!                                     

 Kamilliyə salamdı!  

*** 

Bir az kənara dur!

Arzulama qollarını

Boynuma dolamağa.

Çıtır-çıtır yanarsan,

Təkcə yanmağın azdır,

Elə alovlanarsan

Bir udum sevgi üçün

Allaha yalvarma belə,

Bir udum sevgimi görsən

Allahını danarsan.                                           

 Sən işığı sevmədin... 

Sən işığı sevmədin

Elə yarasa kimi

Səhəri qarğışladın,

Gündüzləri daşladın.

Sən gecəni oxşayıb—

Qaranlığı yaşadın.

Mənimsə öz yolum var

Günəşə gedən yolum—

Adıma qurban olum!

(Dərk ədəbi cərəyanı)   
Baxış sayı:68     May 30, 2008 13:19 tarixində, Məhsəti tərəfindən, "Dərk" ədəbi cərəyanı bölməsində yazılib.   Şərhlər(0)

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha