Reklam verin!

nüsrət kəsəmənliOğru olmaq istəyirəm!

Qoy milislər eşitməsin,
Qorxulu bir sirr deyirəm:
Çoxdandir ki, bir arzum var,
Oğru olmaq istəyirəm!...

İnsanların arasından
Əqidəsiz adamları,
Vicdanını pula satan
nadanları
Oğurlamaq ist
əyirəm


Bu torpağın gündən-günə
Niyə artır dərdi-səri...
Dövlətlərin arasından sərhədləri
Oğurlamaq  istəyirəm

 Axı, nə iş görmüşəm ki,
Oğurluq da işdi barı.
Mən anamın sifətinə
Vaxtsız düşmüş qırışları
Oğurlamaq  istəyirəm!

Birisini yıxmaq üçün
İkisinin ülfətini,
İnsanların ürəyindən
Hər kinini, nifrətini,
Yalanını bundan ona,
Ondan buna satanları,
İki sevən arasından
O üçüncü adamları
Oğurlamaq istəyirəm!

Araz axır...
O taydan da insan baxır,
Bu taydan da insan baxır,
Neçə milyon gözüyaşlı əzizimi,
O həsrətli Təbrizimi
Oğurlamaq istəyirəm!

 İndi neçə dövlətlərdən
Məzlumların ah-zarını,
Yad torpaqda yatıb qalan,
Əsrlərin arxasından
Qollarını çatıb qalan
Kərbəladan Füzulinin,
Hələbdənsə Nəsiminin məzarını
Oğurlamaq istəyirəm!

Nə gizlədək, bilir hamı
Tonqal qatıb yandırırlar
bu cahanı.
Qəlbim deyir:
“Bir azəri məsəlini yadina sal:
“Oğrudan-oğruya halal...”
Prometey oğurlayıb
İnsanlara verən odu
Oğurlamaq istəyirəm!

Lap qəzəbi tutsa belə
Yerin mənə, göyün mənə
Nə deyirsiz, deyin mənə
Oğru olmaq istəyirəm!!!
 


Baxış sayı:92     May 26, 2008 15:52 tarixində, Məhsəti tərəfindən, sevdiyim şeirlər bölməsində yazılib.   Şərhlər(1)

1
RAUL yazıb:

COX GOZEL COX MENALI SERDI ALLAH REHMET ELESIN NUSRET KESEMENLIYE

May 27, 2008 10:57

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha