Reklam verin!

dənizÇox çılğın gəlmişdim sənin yanına,

Bəs niyə sakitcə dayandın,dəniz ?!

Dərdləşmək istədim gur dalğalarla,

Sanki,məni duyub oyandın,dəniz.

 
Sən coşdun,mən coşdum,bir vurdu qəlblər,
Bizi duya bilməz ürəyi qəflər.
Könlümü sıxanda acı bir qəhər,
Sən mənə ən yaxın həyandın,dəniz.


Budur,yavaş-yavaş Günəş göründü,

Ətrafın işığa,nura büründü.

Sən də Günəş kimi alova döndün,

Al lalə rənginə boyandın,dəniz...

  
Nədən susdun yenə,mən neylədim ki?
Hələ sirrim çoxdu,nə söylədim ki.
Ayrılıb gedəndə hiss eylədim ki,
Duruxub arxamca boylandın,dəniz.

Baxış sayı:78     May 21, 2008 10:59 tarixində, Məhsəti tərəfindən, Şeirlərim bölməsində yazılib.   Şərhlər(1)

1
Elnur yazıb:

salam menim blogumda hal hazirda hec ne yoxdu cunki hele fikirleshirem bloguma ne yerleshdirim ... en azindan indi sizin Blogunuz menim blogumdan yaxshidi buna gore sizi tebrik eliyirem....sheyirlerin bezileri superdi ona gore men sizin sorguda ishtirak eledim...sizinle dost olmaq isterdim eger razi olsaniz elbette dost olsaq bizim dostlugumuz yalniz virtual dostluqdan ibaret olacaq pis basa dusmeyin menim hec emailde yada basqa bir chatda umumiyyetle komp aleminde demek olarki dostum olmayib indi isterdim sizinle dost olum razisiz?

May 28, 2008 17:43

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha