· Anlamaza hörmət edərsən,deyər məndən qorxdu.
· Anlayana milçək sazdır,anlamaza zurna da azdır.
· Ayaqqabımın olmadığından şikayət edirdim,yolda gedərkən ayaqsız insan gördüm.(Mevlana)
· Axmaq o deyil ki,ağıllı adamın yanında ağılsız danışır.Axmaq odur ki.ağılsız adamın yanında ağıllı danışır.
· Adam sayar adam sayılan məni (Aşıq Ələsgər).
· Birin gör fikir elə,birin gör şükür elə.
· Onu bilirəm ki,heç nə bilmirəm (Sokrat)
· Danış,səni görüm (Sokrat).
· Ya sus,ya da sükutdan daha qiymətli bir şey de( Pifaqor).
· İnsanın danışacaq qədər zəkaya malik olması nə qədər səadətdirsə,susacaq qədər ağla malik olması o qədər səadətdir(La Bruye).
· Əsl siyasətçi qəzəblənəndə də düşünmək qabiliyyətini itirmir.(Napaleon)
· Qoyunun başçılıq etdiyi Aslan sürüsü aslanın başçılıq etdiyi qoyun sürüsünə hər zaman məğlub olur.(Napaleon).
· İşığı heç kəs kor qədər sevə bilməz (V.Hüqo).
· Dil sümükdən deyil,amma sümüyü də qırar (Atalar sözü).
· Tərbiyəsiz istedada heyf (Sədi).
· Ən böyük məhəbbət nifrətdən yaranır (Dostoyevski).
· Gözəllik hər cür hirsi-hikkəni yatırır (Ezop)

ALLAH RAZI OLSUN COX GOZEL BEYENDIM BU YAZDIQLARINIZ HAMIYA LAZIM
May 17, 2008 10:24