Reklam verin!

rüstəm behrudiSalam,dar ağacı!

Yolumu gözlədin hər  səhər-axşam,
Salam, Dar ağacı!
Əleyküm-salam.
Əcəllə ölməyə doğulmamışam,
Salam, Dar ağacı!
Əleyküm-salam.

O hansı millətdir, taleyi sirdir?
Yüz adla bölündü, yenə də birdir!
Məni hüzuruna bu dərd gətirdi,
Salam, Dar ağacı!
Əleyküm-salam.


Xəzəri, Baykalı, Aralı gördüm,
Gördüm can üstədir, yaralı gördüm.
Tanrını bəndədən aralı gördüm,
Salam, Dar ağacı!
Əleyküm salam.

Çarxı tərs fırlanır fələk qarının,
Turan kölgəsində budaqlarının.
Rəngi bayrağımda yarpaqlarının,
Salam, Dar ağacı!
Əleyküm salam.

Əvvəlin axırı, sonun əvvəli
Buymuş, bilməmişəm bunu mən dəli.
Qorxum yox! Nə olsun boyun göy dəlir?!
Salam, Dar ağacı!
Əleyküm-salam.

Danış, Əmir Teymur, bu son nəydi bə?
Boynumda ağ kəfən, dilimdə tövbə...
Dərsini tərs bilən, mənimdi tövbə!
Salam, Dar ağacı!
Əleyküm-salam!

Səni mən əkmişəm...Mənə sən qənim,
Səni suvarmağa halaldı qanım;
Yarpağın rəng alsın qanımdan mənim,
Salam, Dar ağacı!
Əleyküm-salam!

Ey darın ağacı! Kimdən kəməm, kəm?!
Ya səni yendirrəm, ya sənə yennəm.
Ya da budağında yarpağa dönnəm,
Salam, Dar ağacı!
Əleyküm-salam.

Qırğızam, özbəyəm, qazax, türkmənəm,
Başqırdam, kərkürəm, elə görk mənəm.
Sənin gözlədiyin qərib türk mənəm!
Salam, Dar ağacı!
Əleyküm-salam.

Qəbul et, növbəti qurbanın mənəm,
Mənim canım səndə, bil, canın mənəm.
Elə qürrələnmə, hər yanın mənəm,
Salam, Dar ağacı!
Əleyküm-salam.


Baxış sayı:105     May 14, 2008 11:26 tarixində, Məhsəti tərəfindən, Bölməsiz bölməsində yazılib.   Şərhlər(5)

1
az-ya yazıb:

Əllərinə, ürəyinə sağlıq..

May 14, 2008 15:25

2

Təşəkkür edirəm.Bu sizlər üçündür.Təki ürəyinizcə olsun.

May 14, 2008 15:59

3
RAUL yazıb:

COX GOZEL SHERLERINIZ VAR BEYENDIM EMEYE HORMET ...SIZI 2 TEREFLI DOST BLOGU TEKLIF EDERDIM RAZISINIZ?
INANIRAM KI DAHADA EHATE DAIREMIZ GENISHELENER ..DIQQETINIZE GORE TEWWEKUR

May 16, 2008 11:46

4

Ne qeder etdim dost bloglara yaza bilmedim.Ona gore de keçid qoydum.

May 17, 2008 9:07

5
RAUL yazıb:

TEWWEKUR EDERIM COX GOZEL QARSHILIQDIR

May 17, 2008 10:21

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha