Reklam verin!

Getdin,dərdləri də özünlə apar,

Acı xatirələr nəyimə gərək?

Sanma ki,göz yaşım ümman yaradar,

Bu sevda mənimçün ötəri külək.


Sən gəldin ömürdən keçdin yel kimi,

Neyləyim,küləyin budur adəti.

Əvvəl həzin meh tək yol tapır qəlbə,

Əsdikcə açılır əsl sifəti.

Axtama külümü,tapmayacaqsan,

Düşünmə alışdım,sonra da söndüm.

Sönmədim,yaşaram,amma biryolluq

Sənə olan eşqi məzara gömdüm.


Baxış sayı:84     May 14, 2008 10:14 tarixində, Məhsəti tərəfindən, Şeirlərim bölməsində yazılib.   Şərhlər(0)

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha