Reklam verin!

Bilmirsən ki nə çəkirəm,

Bil,ey gizli məhəbbətim.

Cavab üçün tələsirəm,

Gəl,ey gizli məhəbbətim.

 Bu sirrimi kimsə bilməz,

Yanan eşqim heç vaxt sönməz.

Qəlbim sevir,fəqət dinməz,

Dil,ey gizli məhəbbətim.


Oğrun-oğrun baxıb sənə,

Susacağam yenə,yenə.

İstərsən tənə et mənə,

Gül,ey gizli məhəbbətim.

Gəl ömrümə,yaz et qışı,

Sevgidə olmayaq naşı.

Gözümdə çağlayan yaşı,

Sil,ey gizli məhəbbətim.

Kim dərdimi duya bilər?

Bu könül tək səni dilər,

Qorxuram ki,bilib gülər,

El,ey gizli məhəbbətim.

Bir söz de ki,gülsün üzüm,

Qalmayıbdır canda dözüm.

Alışmaqdan oldum özüm,

Kül,ey gizli məhəbbətim.

 


Baxış sayı:74     May 13, 2008 9:35 tarixində, Məhsəti tərəfindən, Şeirlərim bölməsində yazılib.   Şərhlər(0)

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha