Reklam verin!

"Dərk" ədəbi cərəyanı haqqında məlumat vermişdim.Bu dəfə cərəyanın sonuncu məşğələsində oxunan bəzi şeirləri dərc edirəm.

                                                   Rəşad Abbas

                                                 Yoxsuzun şeirləri

Dünyanın sonudur, mənim əvvəlim,

Əvvəlim sonluğa bitişib gəlir.

Başımdan dördəlli tutub əllərim,

Bu nədir əlimdə bitişib gəlir.

 


Bu sevda haradan əlimə keçib,

Əlimi gizlədə bilmirəm,ey vay!

Bir dəli axşamda bir dəli seçib,

Bütün kainatı eyləyib rüsvay.

Bəs necə dırmanıb varlığım üstə?

Bu dümdüz bədənə bircə dayaqsız...

Bir izi qalındır qaşımın üstə,

O da didir məni əlsiz-ayaqsız.

Daha bu yollarda ayaq da getmir,

Başımın üstündə yeriyirəm mən.

Əkdim ayağımı dünyaya,bitmir,

Nə yaxşı başımdan göyərirəm mən.

                                ***

Başıma döyür bu yağış,

Gözlərimdən bürkü qalxır.

Bu yağış kimin baxışı,

Bu ədayla kimdir baxır?

Bu yağış necə yağışdı?

Oduma od tökür mənim.

Bu axı necə baxışdı?

Kipriyimi sökür mənim.

Yaz yağışı yağır qışda,

Yaz olmuşam mən də bu qış.

Hara qaçım bu yağışda,

İçim yağış,çölüm yağış.

Yağış yağır həzin,asta,

Dəlicə bir sükut axır.

Görərlər,yağsa bir az da,

Kimsə yerdən göyə qalxır.

                          Gündüz Sevindik

                                   Ağlama

Gileyin döndükcə göz yaşlarına,

Süzülür qəlbimə hey yağış kimi.

Az ağla, deyəsən axırda məni,

Tutacaq göz yaşın bir qarğış kimi.

Anadan ərköyün doğulmusan sən,

Tələsmə külək tək coşub-əsməyə.

Sənin ürəyindəndir sevgi oyunu,

Bəhanə gəzirsən məndən küsməyə.

Götürüb bu eşqin ağır yükünü,

Ağrılı-acılı gün olacağam.

Sən elə naz elə,küs addımbaşı,

Onsuz da günahkar mən olacağam.

                                                    Bəhruz Tərtər.

                                           Sevgi nəğməsi         

Bir sevgi nəğməsi yazıram sənə,

Qoy nəğmə tək qalsın sevgimiz bizim.

Bir qaragün baxıb sən gedən günə

Bu qəm dəryasının içində üzüm.

Yenə yada salıb o məhəbbəti,

De,necə qayıdım bizim sevgiyə.

Səndə axtarırkən mən səadəti,

Özümdə tapmışam baxıb güzgüyə.

Hisslərin bir selə bənzədi sənin,

Səni taparkən mən onu itirdim.

Bu eşqi dəfn edib ata bilmədim,

Qəlbimdə sevgidən bir gül bitirdim.

Bir anın içində tapdım mən səni,

Qapıldım hisslərə,oyanammadım.

Mən görə bilmədim yanıb,sönəni,

Getdin,yollarını mən tutammadım.

Sevgi hərarətin bir Günəş kimi,

İsitdi buz kimi qəlbimi ancaq...

Qəlbindən-qəlbimə axan dalğalar,

Başqa bir dənizdə dalğalanacaq.

                                                                    Nail

                                                          Demirəm ki sevmirəm.

Bəzən özüm-özümə

                         şikayət edirəm.

Görəsən niyə axı 

                        sevgi məndən qaçaqdı?

Bəlkə bəxti mürgülüyəm

Düzü, bir az da,

                           əli yüngüləm.

Qızlar məndən qoçaqdı.

Kimə göz qoydum

                 köçüb getdi.

Qəribədir,ancaq

                sonra məni tanımadı.

Yanımdan düz keçib getdi.

Sevgi qarlı bir yoldu

                             mən gedirəm...

Yağsa qar,

                    yerdə iz qalmayacaq.

Demirəm sevmirəm,

Sevirəm!

Sadəcə belə getsə

            evdə qız qalmayacaq.


Baxış sayı:96     May 12, 2008 10:36 tarixində, Məhsəti tərəfindən, "Dərk" ədəbi cərəyanı bölməsində yazılib.   Şərhlər(2)

1
orxan92 yazıb:

Salam Admin. Mən sizi chata dəvət edirəm. 23:00 dan sonra catda olacam. Sizi gözləyəcəm...

www.chat1.azeriblog.com

May 12, 2008 13:00

2
Nura yazıb:

Rəşadın şeirəri maraqlı idi.

May 13, 2008 15:36

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha