Reklam verin!

Saçının ucun hördük də,

Səni yadlara verdik də

Hər gün oynayıb güldük də,

Utanmadıq barı,gəlin

Əfv et bizi, “Sarı gəlin.”


Sərt qışlarda,şaxtalarda,

Bilmədik ki yatdın harda. 

 

Bizsə ipək pərqularda

 

Hiss etmədik qarı,gəlin.

 Əfv et bizi, “Sarı gəlin.”

Duyammadıq diləyini.

Namərd kəsdi hələyini.

Parçalanmış ürəyini,

Ümidinlə sarı,gəlin

Əfv et bizi,”Sarı gəlin.”

Bənzərdin nurlu ulduza,

Yaraşıqdın yurdumuza.

Göz dikməkdən yolumuza

Ömrün oldu yarı,gəlin.

Əfv et bizi,”Sarı gəlin.” 

Hərdən xəyallara daldıq,

Sənli günü arzuladıq.

Fəqət sənsiz qarşıladıq,

Bu il də baharı,gəlin.

Əfv et bizi,”Sarı gəlin.” 


Bookmark and Share
Baxış sayı:108     May 9, 2008 12:58 tarixində, Məhsəti tərəfindən, Şeirlərim bölməsində yazılib.   Şərhlər(3)

1
vüsalə yazıb:

Salam! " Sarı gəlin"i oxudum . Mənə qəribə hisslər yaşatdı. Amma deyə bilmirəm ki, bu hisslər qəmginlikdir, yoxsa utanmaqlıq. Bu şerini oxuyandan sonra cavablaya bilmədiyim qarışıq hisləri yaşayıram. Sən bilirsən ki, sənin şerlərin mənə çox xoş gəlir. "Sarı gəlin" yenə məni sənin o sehrli aləminə apardı. Yenə də sag ol belə gözəl şerlər yazdığına görə. rolleyes

May 9, 2008 14:32

2

"Sari gelin" sherinizi oxudum. bu sizin bloqunuzu birinci ziyaret etmeyimdir. sadece bir soz deye bilerem "bravo"

May 19, 2008 15:37

3

Təşəkkür edirəm,Elnur bəy!

May 20, 2008 8:28

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha