(Xocalı soyqırımının dəhşətli nəticələrini lentə köçürən Çingiz Mustafayevin kadrarxası hönkürtülərini eşidərkən)
Kişi -- ağlamaz deyiblər.
Ağlamaq acizlik sayılıb hər an.
Amma bilməzdim ki,
Kişinin göz yaşları
Mərdlik nişanəsi tək
Yaddaşlarda qalacaqdır
bir zaman.
O hönkürtü acizlik yox,
Bir igidin bütün eli
Intiqama səsləyən,
Qeyrət dolu səsidir.
O hönkürtü elini,
Darda qoyub qaçanlara,
Öz canını,öz varını,
Xalqdan əziz tutanlara
Vətəndaşlıq dərsidir.
O hönkürtü Xocalımın,
Ahıdır,naləsidir.
Üsyandır o göz yaşı,
Ümmandır o göz yaşı.
Yatmış düşüncələrə
Dərmandır o göz yaşı.
Eşidib bu fəryadı,
Silahlara bələnəydi
kişilər!
Ağlamağı Çingizdən,
Öyrənəydi kişilər.


Gozel serdir.Bu serin her sertini altindaki menani cozmeye calisdim bacardigim qeder.Derin menali ve insani dusunduren serdir.
Eger icazenizle men bu seri oz ser kolleksiyama elave edecem
May 9, 2008 11:30