Reklam verin!

iki sevgi İKİ SEVGİ

Gözəl qız, sən saf susan,
İki q
əlb arzususan.
M
ənsə səni sevirəm
Susuzluğun od vurub köz kimi yandırdığı
dodaq su sev
ən kimi.
O is
ə səni sevir,
                                rahatca bardaş qurub,
-Kabab üst
ən sərin su pis olmaz-deyən kimi.


Gözəl qız, sən işıqsan,
Yurduma yaraşıqsan.
Mənsə səni sevirəm
                            iynənin ucu boyda
İşığa həsrət qalan göz işıq sevən kimi.
O isə səni sevir,
Bir şən mağarda, toyda,
İşıqlardan yaranmış yaraşıq sevən kimi.
Danış, ucalsın səsin,
Qısılmasın nəfəsin.
Mən ki səni sevirəm
Bakıdan, Daşkəsəndən
Gələn bir səda kimi,
Səs kimi,
Qüdrət kimi.
O isə səni sevir,
Gizli deyil ki, səndən,
Bir otaq küncündəki qəmli sükunət kimi.
Bu mən, bu o, bu da sən,
De görək nə deyirsən!
Amma yaxşı fikir ver bu iki məhəbbətə.
Daha heç nə demirəm.
Nöqtə, nöqtə və nöqtə.


Bookmark and Share
Baxış sayı:80     May 2, 2008 9:42 tarixində, Məhsəti tərəfindən, sevdiyim şeirlər bölməsində yazılib.   Şərhlər(0)

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha