Reklam verin!

rəşad məcid

 MƏN ƏLİNİ BURAXMAZDIM.

Yadımdadı o dağ döşü,o bahar günü,

Yadımdadı ilk gəncliyin uşaq oyunu.

Əvvəl-əvvəl paralanıb,iki bölünüb,

Bir "bənövşə" kəlməsiylə ortaq oyunu.

 

Bir səadət işığıydı üstümə düşən,

Sol əlimdə sağ əlinin istisi vardı.

 


Gəlib-gəlib bir oyunda qəfil birləşən

Bu əlləri tale çətin aralayardı.

Səsləndilər irəlidən qəfil:

-Bənövşə.

-Bəndə düşə.

-Bizdən sizə , deyin kim düşə?

O kim idi,adı hələ çəkilməmişdən

Ayrılıb da dəstəsindən irəli çıxdı?

O kim idi, baş açmadıq bu qəfil işdən,

Ayrılıb da bizə sarı qəzəblə baxdı.

Mən əlindən bəxtim kimi tutmuşdum o dəm,

Düşünürdüm,bu əlləri ayıran olmaz.

Qəzəb dolu baxışları görsəm də,nə qəm,

Düşünürdüm,bu sevincə od vuran olmaz.

Ayrılaraq bizə sarı qaçdı bir zalım,

O qaçışın qəsdi ağır,yolu qısaydı.

Mən əlini buraxmazdım heç zaman,gülüm,

O zərbədən sənin əlin ağrımasaydı.


Bookmark and Share
Baxış sayı:81     Aprel 28, 2008 16:37 tarixində, Məhsəti tərəfindən, sevdiyim şeirlər bölməsində yazılib.   Şərhlər(0)

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha