Sokrat
Antik Yunan filosofu Sokrat Afinada doğulmuşdur.Atası Sefronkis daşyonan,anası Fenareta mamaça olmuşdur.
Sokrat heç bir əsəri qələmə almamışdır.Onun fikirləri şifahi yayılmışdır.
Onu gəncləri pozmaqda ittiham edərək edam ediblər.Məhkəmə zamanı Sokrat ozünü sındırmayaraq deyib:"Mən onsuz da o dünyaya gedəsiydim,siz sadəcə bunu tezləşdirdiniz"
Platon(Əflatun)
Platon m.ö. 428-ci ildə Afinada doğulmuşdur.M.ö. 347-ci ildə 81 yaşında ölmüşdür.20 yaşında Sokratla tanış olmuş və Sokrat ölənə qədər ondan əl çəkməmişdir.Onunla tanış olandan sonra fəlsəfəyə meyillənmişdir.Sokratın tələbəsi olan Platon Yunan filosofu Aristotelin müəllimi olmuşdur.
Aristotel (Ərəstun)
Qədim Yunan filosofu Aristotel e.ə.384-cü ildə Staqiratda anadan olmuşdur.Platonun akademiyasında oxumuşdur.
Aristotel fəlsəfə,məntiq,psixologiya,fizika,biologiya,tarix,estetika və siyasət məsələlərini tədqiq etmişdir.Makedoniyalı İsgəndərin müəllimi olmuşdur.İsgəndərin ölümündə onun da əlinin olduğu güman edilir.
E.ə. 322-ci ildə ölmşdür.
Heradot
Qədim Yunan tarixçisi Herodot m.ö.484-cü ildə Bodrumda doğulub.Dünyada İlk tarix kitabı kimi qəbul edilən "Tarix" əsərinin müəllifidir.
Hippokrat
M.ö.460-cı ildə Kos adasında doğulmuşdur.Həkim Heroklidin oğludur.Tibbin atası adlandırılır.
Pifaqor
Samoslu Pifaqor e.ə.570-ci ildə anadan olmuşdur.Qədim Yunan riyaziyyatçısı və filosofu, dini fəlsəfi məktəbin- Pifaqorizmin banisi olmuşdur.

