Ağcabədi rayonu 1930-cu ildə təşkil edilmişdir.1963-cü ildə ləğv edilib Ağdam rayonuna verilmiş, 1965-ci ildə yenidən müstəqil olmuşdur.
Sahəsi:1756 kv.km
Əhalisi: 115 min nəfərdən çoxdur.
Kür-Araz ovalığının Mil və Muğan düzlərindədir.Mərkəzi Ağcabədi şəhəridir.Ağcabədi yaxınlığında eneolit,tunc,antik dövrünə və orta əsrlərə aid yaşayış yerlərinin qalıqları (Kamiltəpə,Nərgiztəpə,Qaraköbər,Yantəpə,Qalatəpə və.s) aşkar edilmişdir.Orta əsrlərə aid qəbiristanda daşdan yonulmuş qoyun formalı başdaşları var.
Ağcabədinin şimal-şərq sərhədi ilə Kür çayı,mərkəzi hissəsindən Qarqar çayı axır. Rayonun ərazisindən Yuxarı Qarabağ kanalı keçir.Kür çayı sahilində seyrəlmiştuqay meşələri var.rayonun iqlimi quru subtropikdir.Boz-çəmən, boz və çəmən boz torpaqları yayılmışdır.Rayonun landşaftı yarımsəhradır.Burada şorsulu göllər var.Ağ göl yasaqlığı Ağcabədi rayonu ərazisindədir.çay şəbəkəsi seyrəkdir.Meşələrin ümumi sahəsi 5 min hektara yaxındır.
Rayonda 1 şəhər,44 kən var.Mərkəz Ağcabədi şəhəridir.
Ağcabədi Zərdab,Beyləqan,Füzuli ,Bərdə və Ağdam ilə həmsərhəddir.Rayonda Yevlax,Bərdə,Beyləqan,İmişli və s. rayonlar arasında şose yolu var.
Aran Qarabağin bir guşəsi olan Ağcabədidə dünya şöhrətli bəstəkarımız Üzeyir Hacıbəyov dünyaya göz açmış, beş yaşı olanda ailəsi ilə birgə Şuşaya köçmüşdür.Bundan əlavə, Xalq artisti olmuş gözəl muğam ifaçısı Yaqub Məmmədov, xanəndə Zülfi Adıgözəlov , Mutəllim Mutəllimov, tükənməz nəfəsə malik Səfa Qəhrəmanov,ərəbzəngi rolunun mahir ifaçısı Sahibə Əhmədova, kövrək nəğmələri ilə qəlbləri ovsunlayan Könül Kərimova və s. tanınmış musiqiçilər məhz bu torpağın yetirmələridir.
Tanınmış rejissor Ağakişi Kazımov, Qorqudşünas alim, Şamil Cəmşid, yazıçılardan--İsi Məlikzadə, Məmməd Aranlı,Rasim Tağıyev, Əbülfət Misiroğlu; şairlərdən Ənvər Əhməd, Tahir Rza, Rəşad Məcid( "525-ci qəzet" in redaktoru), Əhməd Elbrus, Dadaş Mehdi və bir çoxları(siyahını kifayət qədər uzatmaq olar)burada dünyaya göz açmışdirlar. Bundan əlavə burada bir çox məşhur elm adamları doğulmuşdur.
Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə Məmmədquluzadə də burada,indiki Kəhrizli kəndində dünyaya göz açmışdır.r. Və atasının vəfatından sonra onun vəsiyyəti ilə Kəhrizli malikanəsi Həmidə xanımın ixtiyarına keçir.
XVIII əsrda Qarabağ xanı Pənahəli xan indiki Boyat kəndi ərazisində məşhur Bayat qalasını tikdirmişdir.
Qədim türk tayfalarından olan avşarlar, bayatlar, muğanlılar və s. qədim tayfalar zaman-zaman bu ərazidə məskunlaşmışdırlar.
90-cı illərdə Ağcabədinin yuxarı Qiyamadınlı kəndi 4 saat düşmənlərin əlində olsa da sonra azad edilmişdir.Müharibə vaxtı Ağcabədidən 125 nəfər Vətən uğrunda şəhid olmuşdur.Onlardan 3-ü---Etibar Bəylər oğlu İsmayılov, Sadıq Dayandur oğlu Hüseynov və Namiq Vahid oğlu Abdullayev Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
20Yanvar facəsi zamanı həlak olanlardan biri -- Faiq Əlizadə də Ağcabədidən idi.
Qeyd: Bu materialı balaca fərq ilə bir forumda yerləşdirmişdim.Rastlaşdığınız zaman hansınınsa plagiat olduğunu düşünməyin.

